Bu gecə zəif maqnit qasırğası qeydə alınıb | VİDEO

Bu gecə zəif maqnit qasırğası qeydə alınıb    | VİDEO
  23 İyul 2025    Oxunub:717
Bu gecə Yer kürəsində G1 sinfinə aid zəif maqnit qasırğası müşahidə olunub.
AzVision.az xəbər verir ki, hava proqnozu üzrə “Fobos” mərkəzinin mütəxəssisi Mixail Leus öz Telegram-kanalında bununla bağlı paylaşım edib.

“Maqnit qasırğasına iyulun 22-də axşam saatlarında planetimizə çatan və geomaqnit sahəsində narahatlıq yaradan günəş küləyi axınları səbəb olub. G1 tipli zəif maqnit qasırğası gecə yarısı ilə səhər saat 3 arasında müşahidə olunub”, - mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, Yerin geomaqnit sahəsində “təlatümlər” hələ də davam edir, lakin onlar maqnit qasırğası səviyyəsinə çatmır.

Yerin maqnit sferasının 2 gündən çox olmayan müddətdə tarazlıqdan çıxması gözlənilir. Geomaqnit pozuntularının pik nöqtəsi iyulun 23-də baş verəcək.


Sahil İsgəndərov
AzVision.az




Teqlər: Yer   maqnit   qasırğa  



Xəbər lenti